Azərbaycanın Avrointeqrasiya perspektivləri müzakirə edilib
1 Aprel 2014 16:37 SiyasətAzərbaycan Milli Istiqlal Pariyası və İsveçin hakimiyyətdə olan Moderat Partiyası "Azərbaycanın Avrointeqrasiya perspektivləri" movzusunda 2 konfrans keçiriblər. Partiyadan "OLAYLAR"-a bildirilib ki, birinci konfrans AMİP-in rayon təşkilatlarının sədrləri, ikinci konfrans isə AMİP Gənclət Təşkilatının üzvlərinin iştirakı ilə baş tutub. Konfranslarda İsveç parlamentinin deputatları Marqarita Sederfelt, Qustaf Hofştedt, həmçinin Kristian Qustavson, AMİP Siyasi Şurasının üzvü Zəfər Vəliyev və AMİP Gənclər təşkilatının sədr müavini Asya Cəlilova əsas məruzələrlə çıxış ediblər. Səfər çərçiəsində qonaqlar AMİP-in müvəqqəti Mərkəzi qərərgahında partiya rəhbərliyi və AMİP lideri Etibar Məmmədovla ayri-ayriliqda gorüşlər keçiriblər. Hər iki gorüşdə Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri, regionda mövcud olan və gözlənilən problemlər, Dağlıq Qarabağ və işğal altında olan Azərbaycan əraziləri, Ukraynada baş verən hadisələr və Krımın ilhaq olunması və digər məsələlər əsas müzakirə mövzusu olub.