Liderlik Məktəbi 31 Mart-Azərbaycanlıların Soyqırımı gününü qeyd edib

Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində 31 Mart--Azərbaycanlıların soyqırımı gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı,  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri və valideynlər iştirak ediblər.

Professor M. Qasımlı çıxış edərək, erməni millətçilərinin  azərbaycanlılara qarşı törətdikləri məqsədyönlü soyqırımı və deportasiya siyasətinin Azərbaycan xalqının tarixinə ağrılı səhifələr kimi daxil olduğunu vurğulamışdır. Mərhələ-mərhələ aparılmış bu qeyri-insani siyasət nəticəsində soydaşlarımızın kütləvi qətl və qırğınlara məruz qaldığı diqqətə çatdırılmışdır. Bu mənfur siyasətin məqsədinin Azərbaycanın tarixi ərazilərində "Böyük Ermənistan" dövləti yaratmaq olduğu bildirilib.  ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00