VİP sədri Ərdoğana təbrik məktubu göndərib
1 Aprel 2014 14:34 SiyasətVətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı 30 mart bələdiyyə seçkilərində AKP-nin mütləq qələbəsi münasibəti ilə təbrik edib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, təbrik məktubunda Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasət təqdir olunub: "Rəhbərliyiniz altında yönləndirilən Türkiyənin son illərdə Türk və İslam dünyasının lokomotivinə çevrilməsi bütün dostlarınız kimi bizi də sevindirməkdədir". VİP sədri qardaş Türkiyə xalqının düzgün seçim etdiyini və Ərdoğan hakimiyyətinə güvəndiyini xüsusi diqqətə çatdırıb: "Türkiyə xalqı növbəti dönəm sabitliyə və kalkınmaya səs verməklə yanaşı, Dövlətin kənardan idarə olunması təşəbbüslərini də qətiyyətlə rədd etdi". AKP-nin qələbəsini Türkiyənin müttəfiqlərinin və dostlarının da uğuru hesab edən Ə.Əliyev məktubun sonunda vurğulayıb: "Qələbəniz rəqib və düşmənləri məyus etdiyi qədər, dostlarınızı da sevindirib".