ADP Azərbaycan Kommunist Partiyasinin fəaliyyətinin dayandırılmasini tələb edir
31 Mart 2014 18:06 SiyasətAzərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Ukrayna hadisələrinə bir daha diqqət yetirən İdarə Heyəti son günlər bu ölkə ətrafında cərəyan edən müsbət gəlişmələri dəyərləndirib və Ukrayna ilə Rusiya arasındakı münaqişənin diplomatik və dinc yolla həlinin dünya təhükəsizliyi üçün vacib şərt olduğunu diqqətə çatdırıb. İdarə Heyəti BMT-də Ukrayna məsələsinin müzakirəsi zamanı Azərbaycan dövlətinin Ukraynanın müstəqiliyi və ərazi bütövlüyü ilə bağlı məsələdə digər dövlətlərlə yanaşı prinsipallıq nümayiş etdirməsini müsbət dəyərləndirib. İdarə Heyəti Azərbaycan istiqlaliyyətinə qarşı çıxış etdiklərinə, Respublikamızın Rusiya tərəfindən işğal və ilhaq edilməsində müstəsna rol oynamış və Krımın işğalı ilə bağlı dövlət və milli maraqlarımıza zidd mövqe nümayiş etdirdiyini nəzərə alaraq Azərbaycanın müvafiq dövlət orqanlarını ruz bolşevizminin müasir davamçsı olan Azərbaycan Kommunist Partiyasının fəaliyyətinin dayandırılması ilə bağlı qərar verməyə çağırıb.