“Türkiyədə AKP-li dönəm Azərbaycanın maraqlarına uyğundur”

Zahid Oruc: “Cənab İlham Əliyevin ötən illər ərzində sayın Ərdoğanla siyasi, hərbi, iqtisadi sahələrdə, o cümlədən transmilli layihələrin gerçəkləşməsində çox böyük işləri olub”

 Millət vəkili Zahid Oruc Türkiyədə keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qələbə qazanmasına münasibət bildirib. Z.Oruc qeyd edib ki, seçkilər Türkiyə xalqının siyasi yetkinliyinin və bu dövr ərzində onun rəyini qazanmaq üçün müxtəlif manipuliyativ vasitələrlə həyata keçirilən, xüsusilə xarici güclərdən qaynaqlanan çirkli təbliğatın nəticə verməməsinin göstəricidir. Millət vəkili hesab edir ki, bu, ötən dövr ərzində Türkiyənin qüdrətini artıran siyasətə insanların dürüst qiymət vermək bacarığıdır. Seçkilərin nəticəsini həm də baş nazir R.T.Ərdoğanın liderlik keyfiyyətinin, xarizmatik rəhbər qabiliyyətinin nəticəsi aldlandıran Zahid Orucun sözlərinə görə, bu, keçən illər ərzində gah Konstitusiyada orduya verilmiş səlahiyyətlərin üstünlüyü, gah dini qurumların bu ölkə içərisində az qala xarici marginal dairələrin əlində vasitə olması səbəbindən, qardaş ölkənin gücünü sarsıdan hallara qarşı tədbirlər görüb bunun uğura aparan yola çevirmək siyasətinin nəticəsidir: "Ən başlıcası Türkiyənin regional və beynəlxalq miqyasda imkanlarının daha da dərinləşməsinin nəticədir. Çünki əksər müsəlman ölkələrində yaşanan çaxnaşmalar, dərin böhranlar fonunda Türkiyədə yaşayan stabillik göz önündədir. Seçkilər Türkiyə demokratiyasının təntənəsidir. Türkiyədə AKP dönəminin davamlılığı Azərbaycanın birbaşa maraqlarına uyğundur. Türk xalqının göstərdiyi istənilən nəticə ilə hesablaşası idik. Çünki bu bizim dövlətlərarası münasibətlərdən qaynaqlanır. Etiraf edək ki, siyasətdə şəxsiyyətlər böyük rol oynayır. Cənab İlham Əliyevin ötən illər ərzində sayın Ərdoğanla siyasi, hərbi, iqtisadi sahələrdə, o cümlədən transmilli layihələrin gerçəkləşməsində çox böyük işləri olub. Ərdoğan siyasəti gələcəyə daşındıqca, regionda Türkiyənin regionda aktiv oyunçu kimi həm Qarabağ proseslərinə təsiri yüksələcək, həm bu ölkənin müsəlman dövlətlərinin nüfuzunun qalxmasında aparıcı, avanqard rolu artacaq. Türkiyədə siyasi stabilliyin qorunması bu istiqamətdə önəmlidir. Daxildəki və xaricdəki bəzi qüvvələrin Türkiyənin milli təhlükəsizliyini sarsıtmaq istəkləri heç kəsə sirr deyil. Ona görə də Türkiyədə keçirilən seçkilərin nəticəsi təqdirəlayiq haldır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00