“Müxalifətin liderləri Ərdoğandan zəif idi”
Mirzə Xəzər: “Baş nazir siyasi məharətini nümayiş etdirdi”
31 Mart 2014 17:12 SiyasətTanınmış jurnalist Mirzə Xəzər Türkiyədə keçirilən bələdiyyə seçkilərinə münasibət bildirib. Türkiyə vətəndaşlarının bələdiyyə seçkisində səs verdiklərini deyən Mirzə Xəzərin sözlərinə görə, AKP Türkiyədə ən güclü siyasi partiya olduğunu yenə təsdiq edə bildi. Jurnalist qeyd edib ki, "Hizmət" və müxalifət partiyaların Ərdoğan hakimiyyətinə qarşı kompromat müharibəsi seçiciləri qane etməyə yetmədi: "Rəcəb Tayyib Ərdoğan siyasi məharətini və müxalif liderlərdən güclü olduğunu nümayiş etdirdi. Müxalifət isə Ərdoğana qarşı xarizmatik və güclü bir siyasi şəxsiyyət ortaya çıxara bilmədi. Türkiyə Cümhuriyyətinə siyasi sabitlik, əmin-amanlıq və xalqa firavanlıq arzu edirik!". ("OLAYLAR" İA)