Novruz Məmmədov:"Möhtəşəm seçkilər..."

Prezident Administrasiyası rəhbərinin müavini Türkiyədə baş tutan bələdiyyə seçkilərinə münasibət bildirib

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ötən gün Türkiyədə keçirilən bələdiyyə seçkilərinə münasibət bildirib. N.Məmmədov seçkilər barədə münasibətini "Tvitter" səhifəsində qeyd edib. PA rəsmisi Türkiyədə baş tutuan seçkini möhtəşəm adlandırıb. 

"Ötən gecə Türkiyədəki seçkilərlə bağlı prosesləri izləmişəm. Möhtəşəm seçkilər... Türkiyə seçimini etdi".

Qeyd edək ki, artıq səslərin 80 faizindən çoxu hesablanıb. 46,24 faiz səslə Ədalət və İnkişaf Partiyası liderdir. Onun ardınca 27,34 faiz səslə Cümhuriyyət Xalq Partiyası (CHP) qərarlaşıb. Milliyətçi Hərəkat Partiyası (MHP) 14,94 faiz səslə üçüncüdür.  ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00