Mirzə Sakit AXCP və Müsavatı ələ saldı

Satirik şair, "Azadlıq" qəzetinin sabiq əməkdaşı Mirzə Sakit AXCP və Müsavat Partiyasının Türkiyədə keçirilən seçkilərə münasibəti barədə özünəməxsus cavab verib. Mirzə Sakit qeyd edib ki, AXCP və Müsavat Partiyası Türkiyədə keçirilən seçkilərlə əlaqədar MHP və CHP-yə məktub göndəriblər. Şairin məktubunda deyilir: "Sayın Baxçalı və sayın Kılıçdaroğlu! Türkiyədə keçirilən bələdiyyə seçkilərindəki uğursuzluqlarınızı qutlayırıq və sizinlə fəxr etdiyimizi bildiririk. Möhkəm dayanın, arkadaşlar. Biz eyni talenin daşıyıcılarıyıq. Çalışın ki, bundan sonra partiyalarınızda müşavirlərin sayını çoxaldasınız. Allah oruc və namazlarınızı qəbul etsin. Ayə, papa canı vecinizə də almayın. Biz də hər seçkilərdə bu taleni yaşayırıq. Heç vecimizə də degil!". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00