“Mart soyqırımına gedən yol Pyotr dövründən başlayır”

 "Soyqırımdan danışarkən bunu təkcə millətin faciəsi kimi təqdim etmək lazım deyil. Təbii ki, tariximizi unutmamalıyıq və bu faciələri hər zaman yaşatmalıyıq. Amma ideoloji müharibə getdiyi bir zamanda mart soyqırımına gedən tarixi yollara daha çox nəzər salmalıyıq, onun səbəblərini izah etməliyik". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri milət vəkili Fəzail İbrahimli yap.org.az saytına müsahibəsində qeyd edib. Bildirib ki, mart soyqırımına gedən yol Pyotr dövründən başlayır və XX əsrə qədər gəlib çıxır: "Ona görə də, mart soyqırımından danışarkən təkcə 1918-ci ildə baş verən prosesləri xatırlamaq yox, ondan əvvəlki və sonrakı hadisələri də ciddi təhlil etmək lazımdır. Tarix sübut edir ki, dövr dəyişsə də, illər ötsə də, ermənilərin xisləti dəyişmir. Məsələn, babalarının 1918-ci ildə etdtiklərini nəvələri 1992-ci ildə Xocalıda təkrar ediblər. Bu mənim fikrimə əyani bir misaldır. Hesab edirəm ki, baş verən bu hadisələr Azərbaycan xalqına qarşı strateji plandır və bu planın mahiyyətini ardıcıl olaraq cəmiyyətimizə çatdırmalıyıq. Məqsədimiz isə məhz erməni xislətinin mahiyyəti açıb dünyaya göstərmək və onların məkrli planlarının qarşısını almaq olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00