“Hər bir kəs bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır”
31 Mart 2014 15:07 SiyasətTovuz rayonunda, Ermənistanla ön cəbhədə hərbi hissədə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, millət vəkili Qənirə Paşayeva əsgərlər qarşısında çıxış edib. Qənirə Paşayeva ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım aktlarının xronologiyası, xalqımızın XX yüzildə yaşadığı tarixi hadisələr və onların mahiyyəti haqqında ətraflı danışıb. Millət vəkili deyib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı 31 mart soyqırımı ilə bərabər, XX əsrin sonunda Ermənistanın xalqımıza qarşı törətdiyi Xocalı Soyqırımının, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Bu məsələdə gənclərin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva gənc¬ləri fəal olmağı, onları azərbaycanlıların soyqırımı barədə yalnız 31 mart tarixində deyil, hər zaman düşünməyi, tariximizə sahib çıxmağı tövsiyyə etdi və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial medianın təqdim etdiyi imkanlardan geniş istifadə etməyə, bu istiqamətdə səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.