Litva mətbuatı 31 Mart soyqırımından yazdı

Litvanın məşhur "www.slaptai.lt" internet portalında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi 31 Mart soyqırımdan bəhs edən məqalə dərc edilib. "Erməni vandalizminə qarşı Azərbaycan tolerantlığı" sərlövhəli məqalənin müəllifi Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadədir. Məqalədə bu gün də Ermənistanın Azərbaycana qarşı  təcavüzkarlıq siyasətinin davam etdirildiyi qeyd olunur. F.Hüseynzadə Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığını da diqqətə çatdırıb. Yazıda ermənilərin bu vandalizminə baxmayaraq Azərbaycanda tarixən formalaşmış tolerantlıq ənənələrinin dövlət səviyyəsində davam etdirildiyi, hətta Azərbaycanda işğalı həyata keçirən millətin dini abidələrinin də qorunduğu vurğulanır. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00