“Uorlik sonda deyəcək ki, akkountumu oğurlayıblar” - AÇIQLAMA
Ərəstun Oruclu: “Amerikalı həmsədr gözünə görünəni yazır”
31 Mart 2014 13:39 SiyasətPolitoloq Ərəstun Oruclu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağla bağlı qərəzli açıqlamalarına münasibət bildirib. Ə.Oruclu sabiq həmkarı Metyu Brayazanın da Ceyms Uorlik kimi qərəzli açıqlamaları ilə yadda qaldığını xatırlayıb. Ə.Oruclunun sözlərinə görə, Metyu Brayza Minsk Qrupunda həmsədr olanda İrəvanda ağzına gələni danışırdı, sonra da Bakıda and-aman edirdi ki, tərcüməçi yanlışlığa yol verib: "İndi də Ceyms Uorlik "Twitter"-də gözünə görünəni yazır. Yəqin sonda da deyəcək ki, akkountunu hakerlər oğurlayıblar". ("OLAYLA" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00