Azərbaycan və Ermənistan prezidentləri görüşəcək
İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün Haaqada baş tutması gözlənilir
19 Mart 2014 17:28 SiyasətAzərbaycan və Ermənistan prezidentlərinin, həmçinin xarici işlər nazirlərinin görüş vaxtı məlum olub. ANS PRESS-in məlumatına görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu barədə öz Twitter səhifəsində yazıb.
O bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri və XİN rəhbərləri arasında görüş 23-25 martda Haaqada, Nüvə Təhlükəsizliyi Sammitində baş tutması gözlənilir.
Qeyd edək ki, III nüvə təhlükəsizliyi sammiti martın 24-25-də Haaqada keçiriləcək. Azərbaycanın da iştirak edəcəyi sammitdə 5000 nümayəndənin, o cümlədən 58 ölkə liderinin iştirakı gözlənilir.
Azərbaycan prezidenti də sammitə dəvət edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00