Millət vəkili: “Azərbaycan regionun ən güclü ölkəsinə çevrilib”
19 Mart 2014 15:44 Siyasət"Əminik ki, bugünkü yüksəliş tempi ilə Azərbaycan ən qısa zamanda bu hədəfinə də nail olaraq iqtisadi cəhətdən yüksək inkişaf etmiş 20 dünya ölkədəsindən birinə çevriləcək". Bunu deyən millət vəkili Jalə Əliyevanın sözlərinə görə, hər bir ölkənin inkişafının göstəriciləri ilk başda rəqəmlərlə ifadə olunur: "Bu günlərdə hökumətin parlament qarşısında illik hesabatında açıqlanan rəqəmlərin arxasında da təbii ki, ölkənin inkişafı durur. Bu rəqəmlər cənab prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən mükəmməl fəaliyyətin, hazırlanan möhtəşəm layihələrin, hədəflənən uğurlu strategiyanın aynasıdır"-deyən millət vəkilinin sözlərinə görə, bu uğurların nəticəsidir ki, Azərbaycan bu gün bir çox nüfuzlu beynəlxalq təşkilatların üzvünə və bu təşkilatların həyata keçirtdiyi tədbirlərin əhəmiyyətli iştirakçısına, regionun ən güclü ölkəsinə çevrilib. Son illərdə ən başlıca hədəfimiz dünyanın inkişaf etmiş ölkələri sırasına qatılmaqdır".