Azərbaycan 2014-cü ilin sonunadək Kabildə səfirlik açacaq

Azərbaycan 2014-cü ilin sonunadək Əfqanıstanın paytaxtı Kabildə səfirlik açacaq. Bunu Trend-ə müsahibəsində Bakıda səfərdə olan Əfqanıstanın xarici işlər naziri Zarar Əhməd Osmani deyib. Nazir bildirib ki, Bakıda səfərdə olduğu müddətdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla bu haqda müzakirələri oldu: "Söz verdilər ki, 2014-ci ilin sonunadək Azərbaycan Əfqanıstanın paytaxtı Kabildə öz səfirliyini açacaq".

Onun sözlərinə görə, Əfqanıstan da yaxın vaxtlarda Azərbaycana yeni səfir göndərəcək: "Əfqanıstanın Azərbaycandakı səfiri dəyişdi və o nazir olduğu üçün geriyə çağrıldı. Heç şübhəsiz, biz Azərbaycana yeni səfir göndərəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00