“Eldəniz Quliyev ziyalı adından uzaqdır”

Cavid Cabbarlı: “Nəyi təkzib eləsə də “elçi” məsələsini inkar edə bilməz”

Vətəndaş və İnkişaf Partiyası ilə "EL" Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev arasında yaranan problem hələ də həll edilməmiş qalır. Vəziyyət o həddə çatıb ki, tərəflər yaranmış problemi hüquq çərçivəsində həll etmək qərarına gəliblər. Daha doğrusu Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Eldəniz Quliyevi onu təhqir etdiyinə, şərəf və ləyaqətini alçaltdığına görə məhkəməyə verib. Düzdür, ilkin mərhələdə məhkəmə VİP sədrinin iddiasını təmin etməsə də, lakin iddiaçı tərəf Eldəniz Quliyevin qanuni çərçivədə cəzalandırılması tərəfdarıdır. Elə buna görə də partiya məhkəmənin qərarından appelyasiya şikayəti verməyi qərarlaşdırıb. Bu arada isə hər iki tərəflə bağlı müxtəlif fikirlər yayılmaqdadır. Eldəniz Quliyevin yerli mətbu orqanlarına verdiyi açıqlamalardan belə başa düşülür ki, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qarşı tərəfdən üzr istəmək məcburiyyətində qalıb. Hətta VİP sədrinin barışıq üçün elçi göndərdiyi də iddia olunur. Bəs görəsən reallıq nədən ibarətdir? Doğurdanmı Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev barışıq üçün Eldəniz Quliyevə elçi göndərib? Məsələ ilə bağlı fikirlərini bölüşən Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Cavid Cabbarlı qarşı tərəfinə verdiyi bütün açıqlamaları yalan, böhtan adlandırıb. Bildirib ki, Eldəniz Quliyev yenə də ənənəsinə sadiq qalaraq cəmiyyətə yalan informasiya verməklə məşğuldur: "Artıq bütün ictimaiyyət Eldəniz Quliyevin Vətəndaş və İnkişaf Partiyası, partiyanın sədri və üzvləri barəsində dediyi təhqiramiz ifadələr və küçə söyüşlərindən məlumatlıdır. VİP və şəxsən mən həmişə Eldəniz Quliyevin dediklərinə əxlaq çərçivəsindən çıxmadan cavab vermişəm.. Maraqlananlar həmin cavablara baxa bilərlər.  "Adam kimi ölməyə çalış, cənab Quliyev ", eləcə də  "Söz altında qalmaq həvəsi olmayan Eldənizə..." və s. ifadələri örnək göstərə bilərəm. Eldəniz Quliyev isə bu yazıların heç birinə cavab vermək imkanında və bacarığında olmayıb. Hər iki yazını faktlar və dəlillər zənginləşdirib. Bu fikri mən deyil, çoxsaylı oxucular və ictimaiyyət nümayəndələri bildirirlər. Sayca ikinci yazıda göstərmişdim ki, "Məhkəmə qərar verən günə qədər Eldəniz bir neçə "elçi" göndərib bağışlanmasını istədi. Çünki, ipinin əlində olduğu şəxslərə o qədər də etibar eləmirdi. Ən azı hər şeyi öz arşını ilə ölçürdü. Nəyi təkzib eləsə də "elçi" məsələsini inkar edə bilməz. Kimlərin və hansı formada gəldiyini açıq deyə bilərəm". Cavid Cabbarlının sözlərinə görə, Eldəniz Quliyevin göstərdiyi tərbiyə hər yerdə bayraq kimi istifadə etdiyi "ziyalı" adından çox uzaqdır: "Elə ona görə də bu söyüşün cavabını tərbiyəsinin hesabına yazıram". O ki, qaldı kimin kimə elçi göndərməsinə, bir daha qeyd etmək istəyirəm ki, məhz Eldəniz Quliyev barışıq üçün bir neçə nəfəri bizə elçi göndərib: "Elçi"ləri və xahişə göndərdiyin şəxslərə gələndə, çoxlarının tanıdığı Xoşqədəm Cəbrayıloğlunun adını çəkə  bilərəm.  Onu da deyim ki, xahiş üçün gələnlərin sırasında Hacı Rövşən Əhmədli də olub. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də Xoşqədəm Cəbrayıloğluna verdiyi cavabın eynisini Rövşən Əhmədliyə deyib. Düzdür, həm Xoşqədə Cəbrayıloğlunun, həm də Rövşən Əhmədlinin bu addımını təqdir edirik. Bu şəxslər barışıq niyyətilə gəliblər. Şəxsən mən hər ikisinə hörmət edir və onların bu addımını alqışlayıram. Xahiş məsələsinin heç əleyhinə də deyiləm. Günahı olan tərəf minnətçi salmalıdır ki, məsələ çox böyüməsin. Eldəniz Quliyev də bunu edib. Bəlkə də onun ömründə atmış olduğu ən düzgün addım elə budur. Məsələnin başqa tərəfi də bundan ibarətdir ki, necə olur bütün "elçi"lər ancaq Eldəniz Qiliyevin tərəfindən gedir? Eldəniz Quliyev də bir nəfər göstərsin ki, Əli Əliyevin xahişilə kimsə onun yanına gedib. Məncə bu iki şəxs kifayət edər. Əks halda digərlərinin də gəlişindən söz aça bilərik".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00