Ukrayna Rusiyaya nota verdi

Ukraynanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Ukraynadakı müvəqqəti müvəkkili Andrey Vorobyovu çağıraraq, ona etiraz notası təqdim edib.  Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Notada Rusiyanın Krım Respublikasını Sevastopol şəhərini Rusiya Federasiyasının tərkibinə daxil edilməsinə qarşı etiraz bildirilib. 

Ukrayna Xarici İşlər Nazirliyi həm BMT-nin Nizamnaməsinə, həm də Ukrayna ilə Rusiya arasında 1997-ci ildə imzalanmış dostluq, əməkdaşlıq və müttəfiqlik haqqında sazişə istinad edib. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00