“Rusiyanın qaba davranışı dünyanı Karib böhranına yaxınlaşdırıb”
19 Mart 2014 11:10 Siyasət"Bölgəmizdə təmamilə yeni siyasi mərhələ başlayır. Artıq Rusiya yeni dönəmə ad verib, "torpaqların qaytarılmas"erası". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev səsləndirib: "İstisna deyil ki, Krımın qaytarılması mexanizmi Dnestryanı, Abxaziya, Osetiya ərazilərinə qarşı da tətbiq ediləcək". VİP sədri deyib ki, Putin ilhaqı, Rus dünyasının bərpası adlandırır: "Rus çarlarının imperiya geni oyanıb. Bu genin qaniçən, qəddar təzahürləri ilə son 200 illik tariximiz kifayət qədər zəngindir. Bu təhlükəli oyanışın bizə ziyan ehtimalı yüksəkdir. Hazırda Rusiyanın bu qaba davranışı dünyanı ötən əsrin Karib böhranına yaxınlaşdırıb. Dünyanın həlledici gücləri çox ciddi qarşıdurma fazasına daxil olub. Hesab edirəm ki, dövlətimizin taleyi də bu qarşıdurmada həll olunur.Velikorus şovinizmi baş qaldırdığı məqamda bizlər prosesi hökm sürən susqunluqla müşayiət etməməliyik. Düşünürəm ki, Rusiyanın aqressiyasından yayınmaq düzgün mövqedir".