Morninqstar tonqaldan tullandı
18 Mart 2014 17:44 SiyasətMartın 18-də ABŞ-ın Azərbaycandakı səfirliyi Novruz bayramı ilə əlaqədar öz əməkdaşları və onların ailə üzvləri üçün tədbir keçirib. APA-nın xəbərinə görə, səfir Riçard Morninqstar bütün iştirakçıları bayram münasibətilə təbrik edərək ən xoş arzularını bildirib.
Tədbir konsert proqramı ilə davam edib. Səfir və əməkdaşlar Novruz ənənəsinə uyğun olaraq tonqalın üzərindən tullanıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00