“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”
Ağasif Şakiroğlu: “Biz bu mübarizədə sizin tərəfinizdəyik”
18 Mart 2014 15:55 SiyasətUkraynada rəsmi səfərdə olan Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Kiyevdə bir sıra rəsmi şəxslər və siyasi dairələrin nümayəndələri ilə görüşlərini davam etdirir. Martın 17-də A.Şakiroğlu Kiyevdə Ukrayna Millətçiləri Konqresinin (UMK) lideri Stepan Bratsiun ilə görüşüb. Görüş zamanı Ukraynadakı siyasi vəziyyət, Rusiyanın Ukraynaya hərbi aqressiyası və Krımda separatizmin vüsət alması prosesi barədə fikir mübadiləsi aparılıb. GAP lideri qeyd edib ki, Ukraynanın hazırda üz-üzə qaldığı problemi Azərbaycan dövləti və Azərbaycan xalqı 1992-ci ildə yaşayıb. O bildirib ki, Azərbaycan xalqı ukraynalıların yanındadır: "Biz bu mübarizədə sizin tərəfinizidəyik". GAP lideri Ağasif Şakiroğlu Kiyevdəki Əl-Rəhman camisini ziyarət edib və oradakı müsəlman icmasının nümayəndədləri ilə söhbət edib. Daha sonra Ukrayna Müsəlmanları Ruhani İdarəsinin Sədri Şeyxulislam Ahmad Təmim ilə rəsmi görüş keçirirb. Ukrayna müsəlmanları Şeyxulislamı Ağasif Şakiroğlunun onunla görüşməsindəm məmun qaldığını bildirib və qeyd edib ki, Ukrayna müsəlmanları hər hansı müharibənin baş verməsini arzu etmirlər. Şeyxulislam bildirib ki, müsəlmanlar Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər. Görüş zamanı A.Şakiroğlu bilidirb ki, Azərbaycan xalqı Krımda müsəlmanların hüquqlarının tapdalanmasına heç bir halda göz yummayacaq. ("OLAYLAR" İA)