NATO PA-nın 85-ci Rouz-Rout seminarı keçiriləcək

Martın 18-dən 20-dək Bosniya və Herseqovinanın Sarayevo şəhərində NATO Parlament Assambleyasının 85-ci Rouz-Rout Seminarı keçiriləcək. Bu barədə Milli Məclisdən "OLAYLAR"a verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatı Zahid Oruc iştirak edəcək. Seminarda Avropa İttifaqı və NATO-nun genişlənməsi, Bosniya və Herseqovinada, eləcə də Kosovada və Serbiyada cari siyasi vəziyyət, Cənub-Şərqi Avropada təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlıq, sərhəd idarəçiliyi, müdafiə sahəsində idarəçilik və inteqrasiya məsələlərinə baxılacaq. Tədbirdə NATO və tərəfdaş ölkələrin deputatlarının, Bosniya və Herseqovinanın yüksək səviyyəli rəsmi şəxslərinin, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələrinin iştirakı gözlənilir.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00