Türk tarixinin şanlı səhifəsi-Çanaqqala zəfəri

Mübariz Göyüşlü: “Bu hadisə yalnız Türkiyədə deyil, bütün türk dünyasında təbliğ olunmalıdır”

Türk dünyası türk millətinin qəhrəmanlıq səlnaməsi olan Çanaqqala zəfərinin növbəti ildönümünü qeyd edir. Müasür İnkişaf İctimai Birliyinin sədri Mübariz Göyüşlü hesab edir ki, 99 ili tamam olan Çanaqqala savaşı böyük bir qəhrəmanlıq tarixidir: "Türkün zəfərini, qəhrəmanlığını, torpaq və vətən sevgisini sübut edən bir hadisədir. Ömrünün son illərini yaşayan Osmanlı imperiyasını məhv edərək Türk millətini tarixin arxivinə atacağını zənn edən Qərb dövlətlərinin yanıldığının, xəyal qırıqlığına uğramasının ildönümüdür. Atatürkün bir hərbiçi, komandan kimi hərb tarixinə öz adını yazdırdığı bir tarixdir. Türkiyə tarixinin və bütövlükdə türk dünyasının tarixinin ən möhtəşəm səhifələrindən biridir". M.Göyüşlü hesab edir ki,  bu hadisə yalnız Türkiyədə öyrədilməli deyil, Azərbaycanda və bütün türk dünyasında da təbliğ və tədris olunmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00