Rusiyanı mütləq cəzalandıracaqlar

"Krımın işğalına və Ukraynadan ayrılmasına görə.bizlərdə bir az ruh düşkünlüyü yaranıb. Ancaq Rusiyanı mütləq ciddi cəzalandıracaqlar". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət əkili Fazil Mustafa səsləndirib.  Millət vəkili onu da qeyd edib ki, kiçik əraziyə sahib dövlətlərin xalqları yeni ərazilərə sahib olmağa daha çox maraq göstərirlər: "Məsələn, Ermənistan kimi, Rusiya kimi geniş məkanda yaşayan insan yeni ərazilər əldə etməyə yeni bir yük kimi baxır. Berdyayevin "Rusiyanın taleyi" əsərini oxuyanlar bu psixoloji durumu daha aydın sezərlər. Ən əsası da Krım məsələsi ABŞ üçün nüfuz və inad məsələsinə çevrildi. Sona qədər Rusiyanın üzərinə gediləcəyini düşünürəm". Fazil Mustafanin sözlərinə görə, ABŞ-ın illərdir Rusiyanı nəzarətsiz buraxdığını düşünənlər məncə səhvə yol verir: "Rusiya Krımda çox ciddi bir qarmağa düşüb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00