Dövlət Miqrasiya Xidmətinin əməkdaşları təltif edildilər - SİYAHI
17 Mart 2014 18:43 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev F.N.Ələkbərova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. AzerTac
Sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Fazil Nəriman oğlu Ələkbərova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin".
Prezident İlham Əliyev digər bir sərəncamla Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarını "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif edib.
Sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif edilsinlər:
Abbasova Xəyalə Həsən qızı
Alıyev Siyasət İdris oğlu
Əliyev Elman Məmməd oğlu
Əzimov Rəşad Rizvan oğlu
Hacıyeva Esmira İsmayıl qızı
Hacıyev Kəyan Cabbar oğlu
Quliyev Nizami Mahir oğlu
Mansurov Vaqif Rahib oğlu
Məmmədov İntiqam Behbud oğlu
Nəbiyev Şahin Hidayət oğlu
Seyidov Yusif İbrahim oğlu
Səfərov Rövşən Elxan oğlu
Vəliyev Elxan Eldar oğlu"