DAK-ın etiraz aksiyası təxirə salındı

Dünya Azərbaycanlıları Konqresi və Vətəndaş Həmrəyliyi Partiyasının martın 17-də Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında keçirməyi nəzərdə tutduğu aksiya təxirə salınıb. Bu barədə məlumatı "OLAYLAR"-a DAK İcra Aparatının rəhbəri Samir Adıgözəlli verib. Bildirib ki, aksiyanın təxirə salınmasına səbəb Bakı Şəhər İcra Hakimiyyətinə göndərilən müraciətin cavabsız qalmasıdır: "Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı aksiya ilə bağlı meriyaya yazılı müraciət etmişdi. Lakin BŞİH-dən müraciətimizə cavab gəlmədi. Biz də DAK olaraq icazəsiz aksiya keçirməyi və polislə qarşıdurmaya getməyi məqsədəuyğun hesab etmədik". Samir Adıgözəlli deyib ki, buna baxmayaraq Rusiya səfirliyi qarşısında Krıma dəstək aksiyasının keçirilməsi hələ də gündəlikdədir və yaxın günlərdə yenidən bu məsələyə baxıla bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00