Əli Əliyev Eldəniz Quliyevdən üzr istəyib?

Vətəndaş və İnkişaf Partiyasının rəhbərliyinə və üzvlərinə qarşı artıq uzun müddətdir, böhtan və təhqir kampaniyası aparan "El" hərəkatı adlı qurumun Ali Məclis sədri Eldəniz Quliyevlə bağlı adı çəkilən partiya növbəti açıqlama yayıb. Partiyadan "OLAYLAR"-a daxil olan açıqlamada bildirilib ki, VİP-ə yönəlik ifadələrində öz səviyyəsinə uyğun tərzdə elementar etik normaları gözləməyi bacarmayan bu şəxs mətbuatdakı son çıxışında ağır psixi böhran keçirdiyinə dair şübhələrin əsassız olmadığını bir daha təsdiqləyib: "VİP sədri və üzvlərinin ünvanına səsləndirdiyi təhqirlərə görə hüquq müstəvisində cavab verməkdən hələlik yayına bilən bu şəxs onun üçün ləyaqət məfhumun mövcud olmadığını sərgiləyib. Əks halda, Eldəniz Quliyev "Yeni Müsavat" qəzetinə müraciətində dar fantaziyasını tam sərbəst buraxaraq, onu məhkəməyə vermiş  VİP sədri Əli Əliyevin  "ona zəng edərək üzr istədiyi" haqda axmaq uydurmaya müəlliflik etməzdi. Həmin şəxsin bu iddiası sayıqlamadan başqa bir şey deyilsə də, VİP olaraq, partiyanın sədri Əli Əliyevin ona zəng vurmadığını və belə niyyətinin əsla olmadığını bəyan edirik. Əgər Eldəniz Quliyev səsləndirdiyi bu böhtana özü inanırsa, o zaman cəsarət göstərib Əli Əliyevin ona "zəng vurduğu" tarixi və əlaqə saxladığı telefon nömrəsini də açıqlasın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00