YAP bələdiyyə seçkilərinə hazırlıq məsələsini müzakirə edib
17 Mart 2014 16:35 SiyasətMartın 17-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. "OLAYLAR"-ın hakim partiyanın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iclasın gündəliyində iki məsələ müzakirəyə çıxarılıb- 2014-cü ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının ümumrespublika konfransının keçirilməsi. YAP sədrinin müavini, icra katibi Əli Əhmədov gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verib. Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının ümumrespublika konfransının keçirilməsinə hazırlıq barədə YAP İdarə Heyətinin üzvü, Qadınlar Şurasının sədri Nurlana Əliyeva məlumat verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00