ADP dünya dövlətlərini Rusiyaya qarşı hərəkətə keçməyə çağırıb
17 Mart 2014 16:07 SiyasətAzərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti ilk növbədə Krımda keçirilən referndumun nəticələrinə münasibət bildirib və Rusiyanın kobud müdaxiləsi ilə baş tutan bu referendumun beynəlxəlq hüquqa zidd oması ilə bağlı hüquqi və siysi dəyərləndirmələr aparıb. Məsələnin hüquqi aspektinə diqqət çəkən partriya yetkliləri qeyd edib ki, Ukrayna federativ dövlət olmadığına görə, Krımın hər hansı qaydada onun tərkibindən çıxması beynəlxalq hüquqa ziddir. Digər tərəfdən ayrıca olaraq, Krımda referendumun keçirilməsi Ukraynanın unitar yapısına ziddir və adı çəkilən ölkənin konstitusiya tələbləri bu referndumun bütün ölkə əhalisinin iştirakı ilə təmin olunmasını tələb edir. Krım həmin ərazinin aboregen xalqı olan Krım tatarlarına məxsusdur və onların iradsi nəzərə alınmadan hər hansı bir digər ölkəyə birləşdirilə bilməz. Üçüncüsü bu referndum Rusiyanın Krımı ilhaq etdikdən və əraziyə hərbi müdaxilə etdikdən sonra baş verib ki, bu da beynəlxalq hquq normalarının kobud şəkildə pozulıması deməkdir. Partiya Rusiyanın Ukrayna ərazisinə ordu birləşmələri yeridərək Krımda referendum keçirməsini qətiyyətlə pisləyib, bu hadisəni suveren bir ölkənin ərazisinin ilhaq və işğal olunma faktı kimi dəyərləndirib. İdarə heyəti bütün demokratik dünya dövlətlərini Rusiya tərəfindən Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə yönəlik hərəkətlərinə qarşı birgə mübarizə aparmağa və Rusiyanın Ukrayna da daxil olmaqla keçmiş postsovet məkanında həyata keçirmək istədiyi ilhaq və işğal siyasətini durdurmağa səsləyib.