Deputatlarımız Rumıniyaya səfər ediblər
17 Mart 2014 12:40 SiyasətMilli Məclisin deputatları - Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev və qrupun üzvü Musa Quliyev Rumıniya parlamentinin Azərbaycanla dostluq qrupu rəhbərinin dəvəti ilə Buxarestə səfər ediblər. Bu barədə MM-dən "Olaylar"a verilən məlumata görə, səfər çərçivəsində millət vəkilləri Rumıniya parlamentinin fəaliyyəti ilə tanış olacaq, həmkarları ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə qanunvericilik orqanları arasında əməkdaşlığın genişləndirilməsi, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi, digər maraq doğuran məsələlər müzakirə olunacaq. Səfər martın 19-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00