Kommunistlərdə də yarpaq tökümü başladı
17 Mart 2014 12:30 SiyasətAKP MK və AKP MNTK -nın birgə keçirilən plenumunda işdə yol verdikləri ciddi nöqsanlara və partiya nizamnamə tələblərini kobud surətdə pozduqlarına görə Gülnisə Əlisultan qızı Məhsimova, Amil Ağalar oğlu Quluyev, Nizami Yunis oğlu Abbasov tutduqları vəzifələrdən və AKP MK -nın tərkibindən xaric ediliblər. Bu barədə "Olaylar"a məlumat verən AKP MK-nın sədri Rauf Qurbanovun sözlərinə görə, bununla bağlı plenum qərar qəbul edib. Plenumu bir sıra təşkilatı məsələlərə də baxıb, Bağırov Ələddin Müseyib oğlu AKP MNTK -nın sədri seçilib. Həmçinin 2014 - cü ildə Respublikada keçiriləcək bələdiyyə seçkilərində Azərbaycan Kommunist Partiyasının iştirakı geniş müzakirə edilmiş və bu barədə müvafiq qərar qəbul olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00