Novruz Məmmədov: ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün konkret addımlar ata bilmir
17 Mart 2014 10:56 SiyasətTəəssüf ki, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri, eləcə də beynəlxalq təşkilatlar münaqişənin ədalətli həlli üçün konkret addımlar ata bilmir. Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Bakıda keçirilən beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısında çıxışı zamanı deyib.N.Məmmədov deyib ki, Azərbaycan sülh, sabitlik və əməkdaşlığn tərəfdarıdır: "Azərbaycan sülh, sabitlik və əməkdaşlığın tərəfdarıdır. İşğalçılıq siyasətinini davam etdirən Ermənistan istisna olmaqla bütün qonşuları ilə qarşılıqlı faydalı münasibətlər qurub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00