İlkin rəsmi nəticə: Seçicilərin 95 faizi Krımın Rusiyaya birləşdirilməsinin lehinədir

Krımda keçirilən referendumda iştirak edən seçicilərin 95 faizdən çoxu muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Krımın Referendumun keçirilməsi üzrə komissiyasının rəhbəri Mixail Malışev seçki protokollarının 50 faizdən çoxunun tərtib olunmasının yekunu üzrə bildirib.Onun sözlərinə görə, seçicilərin 3 faizi regionun Rusiyaya birləşdirilməsinin əleyhinə olub, bülletenlərin 1 faizi isə etibarsız sayılıb.Qeyd edək ki, martın 16-da Krımda muxtar respublikanın statusu üzrə referendum keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00