Gənclərdən Rusiyanın Ukraynaya müdaxiləsini pisləyən bəyanat

"Yeni Nəfəs" Hərəkatı Rusiyanın Ukraynanın ərazi bütvlüyünə yönəlmiş cəhdlərini tənqid edən bəyanat yayıb. "OLAYLAR"-a daxil olan bəyanatda bildirilir ki, Azərbaycan öz müstəqilliyini əldə edən gündən onun yanında olan Ukrayna dövlətində baş verən son hadisələr üzücü və qəbulolunmazdır. Ukrayna dövləti və yerli əhali həmişə ölkəsində yaşayan hər hansı millətə qarşı ayrı-seçkilik siyasətindən uzaq olub və demokratik inkişaf yolunda uğurla addımlayıb. Dövlətin ayrılmaz hissəsi olan Krımın ondan qoparılması siyasəti XXI əsrdə dünyada yeni münqaşə ocağının alovlanmasına yol açası bir addımdır ki, dünya birliyi bunun qarşısının alınması üçün hər şeyi etməlidir: "Yeni Nəfəs" Hərəkatı Ukrayna dövlətinin ərazi bütövlüyünü tanıyır, Krımın onun tərkib hissəsi olduğunu və qan qardaşlarımız olan Krım tatarlarının yanında sona kimi olacağını bəyan edir.  Dünya dövlətlərini Ukrayna dövlətinin ərazi bütövlüyünə təhlükə yaradacaq bütün addımlardan çəkinməyə çağırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00