Baş nazirin müavini sabiq prezidentlə görüşüb

Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini  Əli Əhmədov Seyşel Adaları Respublikasının keçmiş prezidenti Riçard Mançamla görüşüb  Partiyanın mətbuat xidmətindən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, qonağı salamlayan Əli Əhmədov onun Azərbaycana artıq ikinci dəfədir səfər etdiyini bildirib. Əli Əhmədov bu səfərin Azərbaycanla tanışlıq üçün qonağa yeni imkanlar yaradacağını qeyd edib. Seyşel Adaları Respublikasının keçmiş prezidenti Riçard Mançam Azərbaycanda səfərindən məmnun olduğunu bildirib. Azərbaycanda böyük inkişafı müşahidə etdiyini söyləyən sabiq prezident ölkəmizə böyük maraq göstərdiyini vurğulayıb. O bundan sonrakı fəaliyyəti zamanı da Azərbaycanın uğurlarını təbliğ edəcəyini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00