VHP-də istefa
14 Mart 2014 14:41 SiyasətVətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatı Məclisinin növbəti yığıncağı keçirilib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, toplantıda təşkilati məsələlər və konfransa hazırlıq məsələləri müzakirə edilib. Müzakirələrdə çıxış edən VHP Gənclər Təşkilatının sədri Pünhan İmamlı bildirib ki, artıq ötən konfransdan iki il ötür, Gənclər Təşkilatının Əsasnaməsinə görə təşkilatın seçkili orqanları buraxmalı, təşkilat komitəsi yaradılmalı və konfransa hazırlıq işlərinə başlanmalıdır. Pünhan İmamlı Gənclər Təşkilatının Əsasnaməsinə uyğun olaraq səlahiyyət müddəti bitdiyi üçün istefa verib. Məclis Pünhan İmamlının istefasını qəbul edib və sədrin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Vüsal Namiqoğluna həvalə edilib. Gənclər Təşkilatının Məclisi də özünü buraxıb, 5 nəfərdən ibarət konfransa hazırlıq üzrə təşkilat komitəsi yaradılıb. Nicat Kamal təşkilat komitəsinin sədri, Röyalə Məmmədova isə katibi seçilib.