Oqtay Əsədov: “Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatıb”

Milli Məclisin martın 14-də keçirilən iclasında spiker Oqtay Əsədov Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatı barədə məlumat verib. Spiker bildirib ki, prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı 2013-cü ildə daha da inkişaf edib: "2013-cü ildə Azərbaycan makroiqtisadiyyatını daha da möhkəmləndirib. Bu il ərzində Azərbaycanın valyuta ehtiyatları daha da artaraq 50 milyarda dollara çatıb. Dünyada hökm sürən iqtisadi böhrandan Azərbaycana demək olar ki, heç bir zərər görməyib. Hesabat ilində qeyri-neft sektorunun inkişafı üçün yüksək şərait yaradılıb və yeni iş yerlərinin yaradılması ilə yoxsulluq səviyyəsi 5,3 faizə düşüb". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00