Prezident İlham Əliyev Almaniyanın keçmiş kansleri Gerhard Şröderi qəbul edib
13 Mart 2014 18:08 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Almaniya Federativ Respublikasının keçmiş kansleri Gerhard Şröderi qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlərin inkişafı, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, müxtəlif sahələrdə əməkdaşlığımızın genişləndirilməsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının rolu vurğulandı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00