Danışıqların davam etdirilməsi daha məqbuldur

"Qlobal miqyasda gedən indiki proses fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmsədrlərin fəallaşması və danışıqların davam etdirilməsi müsbət hal kimi qeyd oluna bilər". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına hakim partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı səsləndirib. Bildirib ki, Azərbaycan bu münaqişənin həlli ilə bağlı mövqeyi tam açıq olan ölkədir: "Ərazi bütövlüyümüzün bərpası bizim əsas məqsədimizdir. Bu çərçivədə də danışıqlar aparılır. Hesab edirəm ki, həm prezidentimizin, həm də xarici işlər nazirinin apardıqları danışıqlar prosesə müəyyən təkan verə bilər. Buna görə də, danışıqların davam etdirilməsi məqbuldur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00