Vyetnamın “VTC” qəzetində Xocalı soyqırımına həsr olunmuş məqalə dərc olunub

Cari ilin 10 mart tarixində Vyetnamın "VTC" qəzetində Xocalı soyqırımına həsr olunmuş "Ermənistan silahlı qüvvələrinin Azərbaycanda törətdiyi dəhşətli qətliam faktına istinad" başlıqlı geniş məqalə dərc olunmuşdur.  Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin mühasirəyə alınması, oradakı dinc və müdafiəsiz əhaliyə qarşı törədilmiş misli görülməmiş qəddarlıq və onun nəticəsində 613 insanın, o cümlədən 63 uşaq, 106 qadın, 70 yaşlının amansızlıqla qətlə yetirilməsi faktı əksini tapmışdır. 

Daha sonra müəllif Xocalı soyqırımının günahkarlarının cəzalandırılmasının gələcəkdə bu cür soyqırımı hallarının təkrarlanmasının qarşısının alınması baxımından vacib olduğunu vurğulamış və beynəlxalq ictimaiyyət tərəfindən Xocalı soyqırımına hələ də tam şəkildə hüquqi qiymətin verilməməsini təəssüflə qeyd etmişdir. Müəllif məqaləsində Xocalı soyqırımına dair xarici müşahidəçilər, jurnalistlər və media qurumları tərəfindən dünya mətbuatında dərc olunmuş məlumatlara istinad etmişdir. Məqalə ilə yanaşı qəzetdə Xocalı soyqırımını əks etdirən şəkillər də dərc olunmuşdur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00