İranın Azərbaycandakı səfirliyi: Üçüncü qüvvələr Tehran-Bakı münasibətlərinə zərbə vura bilməməlidir

İranın Azərbaycandakı səfirliyi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir ki, İranla Azərbaycan arasında mövcud olan dərin əlaqələr ortaq din, qardaşlıq və qonşuluq prinsiplərinə söykənir və bu ortaqlıqlar hər iki dövləti bir-birinə yaxın edir. 

Bəyanatda vurğulanır ki,  İran Azərbaycan xalqının izzəti, inkişafı və rifahını istəyir: "İran və Azərbaycan beynəlxalq səviyyədə də bir-birinə dəstək olurlar. İki ölkə arasında əməkdaşlıq möhkəm olmalıdır ki, üçüncü qüvvələr Tehran-Bakı münasibətlərinə zərbə vura bilməsinlər".

Qeyd edək ki, İran Azərbaycanın müstəqilliyini 1992-ci il martın 12-də tanıyıb.  apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00