“Hamam hamam içində, xəlbir saman içində...”

Bir dılğır erməni Ukraynada nazir olursa, biz niyə ABŞ-da prezident olmayaq?

Hafiz Mirzə

www.hafizmirza.com 

* Hamam insanın lümlüt rahatlana bildiyi yerdir. Amma lüt-əççəbala rahatlıq ifrat həddə çatanda onu hamamın içində daha bir hamam kimi tanıdırlar. Belə işlərin hökmən bir zibili çıxır.Eynən dünyanın hazırkı durumunu xatırladır. Bu internet və kompüter ki, var, dünyanı lüt-əççəbala günə qoyub. Ona görə də dövlətlərdə çevrilişlərə meydan olub. İndiki dövrün millət qəhrəmanları isə çox keçməz ki, xəlbirin gözündən keçməz... çox keçməz ki.   

* Biz Azərbaycan olaraq neft və qaz ölkəsi sayılırıq, amma nə "neft" ifadəsi azərbaycancadır, nə də "qaz". El arasında bir "nöyüt" ifadəsi var ki, bu da əslində kerosin anlamındadır. Bəs nə üçün belədir? Yəqin ona görə ki, bizim neftin xeyrini həmişə özgələri görüb; ingilislər, ruslar, yəhudilər, indi isə bütün Qərbi Avropa və hətta Avropanın Sakit okeandan o tərəfdə saldığı və "bic övladı" sayılan Amerika. Deyim ki, neftin ən çox qədrini bilən də elə onlardır. Adam Bakı neftindən qazandığı milyonları Avropa Banklarına qoyub, onun illik dividenti hesabına guya ki, xeyriyyəçilik işi görür deyə öz adına olan Nobel mükafatı verir. Amma yəhudi Landaunu çıxmaq şərtilə, indiyədək bircə azərbaycanlıya da bu mükafatdan verməyib. Nəsrəddin Tusini, Nizamini, Üzeyir Hacıbəylini, Yusif Məmmədəliyevi yetirmiş xalqın daha yenilərini yetirməyə potensialı yoxdur sankı. 

* Ölkədə özünəqəsd, intihar, xüsusən də özünü yandırma halları populyarlaşmaqdadır. Xüsusən də Qarabağ uğrunda döyüşlərdə odun-alovun içindən keçmiş  igidlər arasında indi özünü odun-alovun içinə atmaq ənənəsi yaranmağa başlayır. Faydasının kimə və nəyə aid olduğu dəqiq məlum deyil, amma kim ki, sosial problemini həll edə bilmir, üstünə benzin töküb kibrit çəkir. Guya ki, bununla problemi həll olunur. Əksinə, ailəsi üçün daha ağır problemlər qoyub, dünyadan köçür. Vaxtı ilə qədim Yunanıstanda gənc qızlar arasında intihar halları dəb almışdı. Hökumət bunun çarəsini tapdı, elan etdi ki, hər hansı bir qız özünə intihar  edərsə, onun meyidini soyundurub, meydanda lüm-lüt nümayiş etdirəcəklər. Bu elandan sonra daha bir köpək qızı özünə qəsd eləmədi. Deyirəm bəlkə bizdə də intihar edəcək veterandan qazilik- veteranlıq statusu əlindən alınsın, özü də üstəlik  57.1 maddəsi (Vətənə xəyanət) ilə meyid sahiblərinə verilməsin.Görüm bundan sonra hansı qazı öz canına qəsd edəcək. Pis əməlin ardıcılları da tez tapılır. Veteran Zaur Həsənov  od vurub övladının gözləri qarşısında özünə qəsd etdi. Milli Qəhrəman Mübariz İbrahimov da öz canına qəsd etmişdi. Amma o ermənilərin etirafına görə 45 düşməni Cəhənnəmə vasil edərək, öz həyatını 99% -lik  təhlükəyə atmışdı. Bəs nədən onun ardıcılları yaranmadı?  Özünə qəsd etməkdənsə, cəbhəni yarıb düşmənə təlafat verməklə şəhid olmaq daha yaxşı deyilmi?

* Bütün dünyaya demokratiya, mədəniyyət və insanpərvərlik yaydığı bəyan  edilən İngiltərənin paytaxtı Londonda insan əti satılan mağaza açılmışdır! Düzdür,  burada satılan ətlər həqiqi insan bədəninə məxsus deyil, sadəcə, satılan əti insan bədəni   formasına gətiriblər. Belə ki, vitrində kəlləpaça bişirmək üçün ütülmüş insan kəlləsi, ayağı, qolu, baldırlar, hətta qabırğalar öz əslindən qətiyyən fərqlənmir. Parçalanmış ət parçaları insan "dərisindən" sallanır, çəkini düzəltmık üçün qəssab bir neçə "barmaq" qırıb tərəzinin gözünə atır,.. Bütün bunlar Londondakı bir ət mağazasında cərəyan edir. Bu cür "ət" təklifindən sonra mağazanın müştəriləri xeyli artıb. Bir cinayəti düşünməklə onu icra etməyin arasında bir an qədər məsafə var. Vəziyyət uyğun gəldiyi məqamda şəxsin bu cinayəti törətməyəcəyinə kimsə zəmanət verə bilməz. Bu cür ət satmaq da eləcə. Zavallı hanibalların adı çıxıb.

* Millətimizi sevməyən, ona şəbədə qılan, daim "prikola" tutmaqdan həzz alan milli nakəslərin menyusuna istiotlu həqiqətlər təqdim edirik: Azərbaycan xalqı dünyanın ən ağıllı xalqlarından biridir! Nöşün ki, dünyanı idarə etmək iddiasında olan beynəlxalq güclər  Tunisdə, Misirdə, Liviyada, Suriyada, hətta Ukraynada da qardaş qırğını yarada bildilər, amma 1992, 93 və 1994-cü illərdə  Azərbaycanda bunu bacarmadılar. Baxın Ukraynaya! O böyüklükdə Ukrayna nemeslərin ibnəsilə bir-birinə keçdi. Xoş bizim halımıza, dünyada "demokratiya" adı altında baş vermiş son olaylar sübut etdi ki, bizi daha nəinki farslar, ruslar, yəhudilər, heç başqa planetdən gələnlər də tovlayıb vətəndaş müharibəsinə, xaosa, dövlət çevrilişinə sürükləyə bilməz. Bura Azərbaycandır! Rəhmətlik Heydər Əliyev haqqına deyirdi: "Mən fəxr edirəm ki, azərbaycanlıyam!"     

*  Son illər ölkəmizdə eveşik yanğını hadisələri də çoxalıb. Hamısı da qazdan və ya elektrik naqillərindən. Bir soruşan yoxdur ki, balam, bu nə bəla naqil, ya qaz oldu?! Elə bil biz qaz görməmişik, yainki  Leninin QOELRO planı bizə indi gəlib çatıb... Əslində bütün bunların dəqiq cavabı var. Sovetlər Birliyi dövründə 0,3 elektrik naqili indiki 0,6 mis naqildən daha "qeyrətli idi"! O zaman da, sonralar da mavi qazın bir qaz qoxusu vardı. Bəs indi nə üçün təbii qaza xüsusi qoxu əlavə olunmur? Axı bu qoxunu eşidən adam kibrit yandırmaz, elektrik düyməsini basmaz,.. Sonra da TV-lər reklam edir ki, ehtiyatlı olaq, hər şey yarımçıq qalmasın! Yaxşı, ehtiyatlı olaq- amma necə olaq? Kibrit yandırmayaq- nə üçün yandırmayaq? Axı kibrit yandırmaq cinayət məcəlləsinə daxil edilməyib! Gərək qaz qoxusu hiss oluna ki, yandırmayaq da... "hər şey yarımçıq qalmasın!" Üstəlik, sakinlərdən xəbərsiz olaraq qazın verilişinin dayandırılması, sonra naqəfil  qazın buraxılması,.. Bütün bunlar nə deməkdir? Və belə hallara Afrikanın hansı məmləkətində rast gəlinər? Əgər qaza xüsusi maddə qatılması elə baha başa gəlirsə məncə mənzillərə hökmən nəzarət detektoru qoyulmalıdır. Mənzildə azacıq qaz sızması baş verdikdə detektor borunun ağzını qapayır, qazın verilişini dayandırır. Eləcə də indi elektrik enerjisinin suya axını baş verdikdə xətti qapayan, cərəyanı kəsən avtomatlar var.  Olmağına qalanda indi çox şey var! Olmayan təkcə vətəndaş təəssübkeşliyidir! Bircə bu qüsurumuz  olmasaydı, dünya bizım soydaşlarımızı tamam ideallaşdırar, hər birimizə qızıldan abidə ucaldar, bütün şəhərlərin adını dəyişib,  Mamed, Əhməd, Əli, Vəli, Pirvəli adına şəhər qoyardıq. Belə baxanda, bizim də bir qüsurumuz olmalıdır, ya yox! Yoxsa bizə göz dəyər axı! 

* Rusiyanın 1-ci kanalı ilə nümayiş olunan "Gəl evlənək" verlişinin indi qeyd edəcəyim sayına bütün arıqlamaq həvəsində olanların baxmasını məsləhət görərdim. Bu verlişdə  Nigar adlı bir azərbaycanlı qız Radik Babayan adlı bir erməniyə elçi düşmüşdü. Az qala diz çöküb yalvaracaqdı ki, bu dılğır erməni onu alsın. Nigarın başına qapaz vurmağa dəyməz; Allah onu elə yaman  günə qoyub ki, indi bir erməniyə yalvarır. Əsas məsələ o idi ki, həmin bu erməninin sağduşu ekstrasens kimi tanınan Zirəddin Rzayev idi. Ermənilərin bizə qarşı apardığı son 26 illik ədavətdən və işğalçılıqdan sonra bir erməni üçün "şam tutmaq" ekstrasenslikdən başqa hər şeyə oxşayır.    

* Saytlar, tele-kanallar bar-bar bağırır ki, guya Azərbaycanı nurçuluq bürüyüb. Bir qisim deyir vəhabilər çoxalıb, bəziləri bəyan edir iranpərəstlər artıb,.. Bu minvalla bəs ölkədə Azərbaycançı qüvvələr heç artmayıb? Əgər biz də artmışıqsa, bəs əks tərəf nəyin hesabına belə çoxalıb?  Və ya bu artım prosesi gedərkən bəs niyə hamı susurdu? İndi nə dəyişib? Məncə səbəb bizim mövzu böhranı keçirtməyimizdir. Bir halda ki, ölkədə vəhabilik bu qədər artıb, onda kənd təsərrüfatımız  zənbilsaqqal vəhhabilərin sayəsində yunçuluğu inkişaf etdirə bilər.Ya da əgər "nurçular" bu qədər artıblarsa, bəs ölkə nə üçün onların nuruna qərq olmayıb? Və ya ölkədə elektrik enerjisinə tələbat niyə azalmayıb?

*  Dünya şöhrətli müğənni Zeynəb Xanlarova nəhayət ki, Milli Məclisdəki sükutunu pozdu. Və nə pozdu! Biz elə bilirdik ki, sadə xalq olaraq məhz ekoloji günahlarımıza görə dənizi görə bilmək hüququndan məhrum edilmişik. Amma heç demə belə deyilmiş, günahı olmayan soydaşlarımız da dənizi görə bilməkdən məhrum qalıbmış. Bir ara belə bir sərəncam verilmişdi: dənizdən 125 metr məsafədə kimsə ev və ya biznes obyekti tikə bilməz. O vaxt bunu da belə başa düşmüşdük ki, yəqin dənizdən nəsə bir fəlakət göslənilir və ona görə də əfkari-ümumiyyə bir qədər uzaq dursa yaxşıdır. İndi görürük ki, həmin ərazilər dədə malı kimi zəbt olunmaqdan ötrü biz kənara çəkilməli imişik. Yol boyu elə hündür hasarlar tikilib ki, adam avtomobilin içərisində özünü türmənin həyətində imiş kimi  hiss edir. Çünki səmadan qeyri heç nə görünmür. Həm də o qədər daşla, sementlə, üzlük lövhə ilə bir böyük şəhər salmaq olardı. Bir vaxtlar pulsuz gedib çimmədiyimiz, ərindiyimiz,  başqa yerlərin dəniz sahilində istirahətə üstünlük verməyimiz də indi öz cəzasını  alır. İndi Bakıətrafı yerlərdə daha pulsuz çimərlik yeri tapmazsan. Amma mən Lənkəranda çox yer tanıyıram ki, oradan sahilə rahatca keçmək və oturub dənizə doyunca tamaşa etmək, hətta pulsuz çimmək də mümkündür. Ona görə də dənizi görmək istəyəndə Zeynəb xanıma Lənkərana gəlməyi məsləhət görürəm! Yanı mürrəbbəli, limonlu, pürrəngi çay məndən, dənizlə bağlı retro mahnıları züm-zümə etmək ondan! Nə qədər fürsətdir, heç qaçırtmalı təklif sayılmaz. Yoxsa bir azdan bu da olmayacaq!

* "Xəzər Lənkəran" adlı yeni bir əsəb xəstəliyi kəşf olunub! Müəlliflik hüququmu bu adda futbol klubunun 15 min nəfərlik aktif azarkeş ordusu ilə paylaşmağa hazıram. Onu da deyim ki, nə təbabətin, nə də xalqın mənafeyini qorumalı olan bir sıra strukturların bundan əsla xəbəri yoxdur! Olsaydı bu neçə vaxtı dərmanını tapar və tədbiq edərdilər.Bu xəstəliyin tərkib hissəsi olan odunçular..."pardon",  oyunçular meydançada özlərini idmançı deyil, artist hesab edirlər, amma alınmır. Çünki aktyor olmaqdan ötrü boş..., yenə "pardon", baş məşqçi yox, rejissor lazımdır. "Xəzər Lənkəran" camesində isə elə birisi yoxdur. Heç gedən proseslərin kənardan necə əcaib görünməsinin fərqində olan da yoxdur. 1-ci, 2-ci yerlərdə gedən "Qarabağ" və "Qəbələ" kimi güclü rəqiblərə gözlənilmədən qalib gələn "Xəzər Lənkəran" sonuncu yerdə gedən "Rəvan" kimi ən zəif rəqibə də "gözlənilmədən" uduzur! Belə işləri "TopAZ"-la bağlayanlar nə dərəcədə haqlıdır?

* Yazılanlara görə yazar Günel Mövlud yazıb ki, gəlin ermənilərdən üzr istəyək. Bunu düşünürəm ki, bu cür əqidə ilə Günelin ermənidən şəxsən üzr istəməsinə dəyər. Nöşün ki, o özü qarabağlı olsa da, bu əqidə ilə əgər bu çağacan erməni səngərinə girməyibsə və oradan biz "nankor" azərbaycanlılara atəş açmayıbsa, bundan ötrü ermənilərdən üzr nədir, başqa şey də istəməyə haqqı çatır. Yazançı Əli Əkbər hər nə olsa da, yenə ermənidən üzr istəməyə cəsarəti çatmadı, sadəcə, iki millətin homoseksuallarını qovuşdurdu və "Qız qalası"ndan atıb öldürdü.. Amma Günel... Bu qız əsil cəsarət simvolu olacaq! Onu buraxasan Qarabağda ərazilərdən qorxmadan keçərək mina basdırılmamış yerləri də eyni cür cəsarətlə müəyyən eləsin və oradan öz erməni qardaş-bacılarına hümanitar yardım çatdırsın. Ermənilərə xoş münasibətdən danışmışkən, nəhayət ki bir ayrı mövzuda da "xoruzun quyruğu" göründü. Belə ki, bir müddət əvvəl "Daş yuxular" adlı roman yazıb gündəmə daş kimi düşən və nəticədə çox şeyini itirən Əkrəm Əylisli adlı başqa bir yazançının əsil məqsədi aydın oldu: adamın hər şeydən keçməsinin məqsədi varmış - "Nobel mükafatı" almaq! O vaxt da biz yazdıq ki, bütün bunlar heç təsadüfi deyil və bu cür nakəslərə "Nobel" verilməsi adi haldır. Məsələn, özünün müsəlman türk kimliyinə arxa çevirdiyi üçün Orxan Pamuka ədəbiyyat üzrə "Nobel" mükafatı verildi. O da ermənilərə yarınaraq, öz xalqına arxa çevirmişdi. Nə günlərə qaldın, ay Əkrəm!

* Ayın devizi də var: "Hamam içində tez-tez olaq, əsas odur ki, saman içərisində xəlbir olmayaq!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00