Asim Mollazadə: “Krım əslində Dağlıq Qarabağın işğalının davamıdır”
13 Mart 2014 12:12 Siyasət"Krım işğalçılıq siyasətinin başlanğıc nöqtəsi deyil. Krım əslində Dağlıq Qarabağın işğalının davamıdır". Bunu millət vəkili Asim Mollazadə Ermənistan ekspertlərinin "Rusiya Krımı özünə birləşdirməyə müvəffəq olarsa, sonra Dağlıq Qarabağa qoşunlarını yeridəcək" iddialarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Krım məsələsindən əvvəl Dağlıq Qarabağ və Gürcüstana məxsus Abxaziya və Cənubi Osetiyanın işğalı həyata keçirilmişdi: "Bu mənada Krım işğalçılıq siyasətinin başlanğıcı yox, davamıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00