DAK Rusiya səfirliyi qarşısında aksiya keçirəcək
12 Mart 2014 17:05 SiyasətMartın 17-də Dünya Azərbaycanlıları Konqresi Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliyi qarşısında etiraz aksiyası keçirəcək. Bu barədə məlumatı "OLAYLAR"-a konqresin İcra Aparatının rəhbəri Samir Adıgözəlli verib. Bildirib ki, aksiya Krıma dəstək xarakteri daşıyır. DAK rəsmisi deyib ki, aksiyada Rusiyanın Ukraynaya hərbi təcavüzünü pisləyən, Krım tatarlarına dəstək xarakteri daşıyan şüarlar səsləndiriləcək: "Artıq aksiya ilə bağlı qanuna müvafiq olaraq DAK həmsədri Sabir Rüstəmxanlı adından Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərilib"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00