ÜAK-ın yeni bölməsi yaradılıb

Ümumrusiya Azərbaycan Konqresinin regional bölmələrinə daha biri əlavə olunub. "OLAYLAR"-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, təşkilatın Moskva vilayətinin Dolqoprudnıy şəhərində yeni regional bölməsi fəaliyyətə başlayıb. Ümumrusiya Azərbaycan Konqresinin mərkəzi ofisində təşkilatın icraçı direktoru İlqar Hacıyev yeni regional bölmənin rəhbəri Namus Nağıyevlə görüşərək ÜAK-ın məqsəd və məramlarından danışıb. Ümumilikdə təşkilatın və regional bölmənin planları, prioritetlərini müzakirə edib. Öz növbəsində fəaliyyət göstərdiyi şəhərdə yaşayan azərbaycanlılar haqqında İlqar Hacıyevə məlumat  ÜAK-ın Dolqoprudnıy şəhərindəki yeni bölməsinin rəhbəri Namus Nağıyev də burada belə bir təşkilatın yaranmasının vacibliyini qeyd edib. O, bildirib ki, bundan sonra bölgədə yaşayan azərbaycanlılara daha çox diqqət ayrılacaq və soydaşlarımızın problemləri vaxtında həllini tapacaq.    Daha sonra konqresin içracı direktoru İlqar Hacıyev yeni bölmənin rəhbərinə ÜAK-ın vəsiqəsini və döş nişanı təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00