“Krımın taleyinə səssiz qala bilmərik”

VHP: “Rusiya silahlı qüvvələrinin Krımda hərbi-siyasi vəziyyəti gərginləşdirmək cəhdləri yolverilməzdir”

"Azərbaycanın yaxın dostu və müttəfiqi olan Ukraynada baş verən son proseslər bütün dünyada ciddi narazılıqlara səbəb olub. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təzyiqlər Avropaya inteqrasiya yolunu seçmiş digər postsovet ölkələri üçün də təhlükə yaradır". Vətəndaş Həmrəyliyi Pariyasının Krım ətrafında baş verənlərlə bağlı yaydığı bəyanatda belə qeyd olunur. "OLAYLAR"a daxil olan bəyatda deyilir ki, Rusiya silahlı qüvvələrinin Ukraynanın önəmli bölgəsi olan Krımda hərbi-siyasi vəziyyəti gərginləşdirmək cəhdləri yolverilməzdir. Beynəlxalq ictimaiyyət Ukraynanı bölmək, onu yenidən Rusiyanın siyasi himayəsi altına qaytarmaq cəhdlərinə qarşı daha sərt şəkildə müqavimət göstərilməlidir. Çünki bu proses postsovet məkanında yeni yaranmış dövlətlərin müstəqil inkişafının qarşısını almaq üçün  Azərbaycan, Gürcüstan və Moldovada ortaya atılmış separatizmin davamına bənzəyir: "Biz Ukraynanın bölünməsi cəhdlərini qətiyyətlə pisləyir, Ukrayna xalqının Avropaya inteqrasiya seçimini dəstəkləyirik. Ukrayna ətrafında baş verən hadisələrə, xüsusilə Krımın taleyinə Azərbaycan xalqı səssiz qala bilməz. Ukrayna dövlətinin tərkib hissəsi olan bu muxtar vilayətdə yaşayan Krım tatarları adlandırılan türklər soy kök etibarı ilə Azərbaycanla bağlıdır. Zaman-zaman rus imperalizminin repressiya, deportasiya zülmün yaşayan Krım türklərinin yenidən eyni tale ilə üzləşməsi yolverilməzdir".

.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00