“Azərbaycanın gənclər siyasəti dünyaya nümunədir”

Səbuhi Abbasov: “Həmin layihələr gənclərin fəaliyyət mexanizminin genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir”

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin şöbə müdiri Səbuhi Abbasov dövlət gənclər siyasəti haqqında danışıb. S.Abbasov bildirib ki, bu günki gənclər siyasəti əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin davamıdır. GB rəsmisi qeyd etdi ki, dünyada baş verən proseslərə uyğun olaraq, Azərbaycanın gənclər siyasəti təkmilləşdirilir: "Azərbaycan dövlətinin yürütdüyü gənclər siyasəti dünya ölkələrinə yaxşı nümunə olacaq vəziyyətdədir. Siyasət gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, həm də yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması baxımından unikal proqramdır. Azərbaycanda istər Gənclər və İdman Nazirliyi, istər Gənclər Fondu, istər YAP GB olsun, bu proqramdan yararlanaraq, müxtəlif layihələr həyata keçirirlər. Həmin layihələr gənclərin fəaliyyət mexanizminin genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir". ("OLAYLAR" İA) 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00