“Minimum əmək haqqının 105 manat olduğu bir ölkədə illik təhsil haqqını 7 min manat müəyyənləşdirmək Allahsızlıqdır”

"Bəzi dostlarımız Gülən camaatına məxsus məktəblərin yüksək təhsil verdiyini önə çəkərək hizmət hərəkatına haqq qazandırmağa çalışırlar. Qəribə məntiqdir.  Görəsən Avropanın, Amerikanın yüksək təhsil verən məktəblərini də hizmət hərəkatçıları açıblar?" "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri facebook statusunda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəsmisi Elçin Mirzəbəyli qeyd edib. Elçin Mirzəbəyli bildirib ki,  dünyanın ən yaxşı orta təhsil məktəblərinin, yaxud universitetlərinin siyahısında Gülən camaatına məxsus məktəblər nəinki ilk onluqda, heç ilk yüzlükdə də yoxdur: "Əgər hizmət hərəkatına məxsus məktəblər Azərbaycanın orta və ali təhsil müəssisələrindən daha yaxşı təhsil verirsə, bu ilk növbədə bizim təhsil sisteminin acınacaqlı durumunun göstəricidir. Əsla Gülən məktəblərinin üstünlüyü deyil. Azərbaycan məktəblilərinin ən istedadlılarını seçib yüksək nəticələr əldə etməyə nə var ki... Elə bil Fətullah Gülənin məktəbləri pulsuz təhsil verir. 7 min manatdı illik təhsil haqqı bu məktəblərdə! Minimum əmək haqqının 105 manat olduğu bir ölkədə illik təhsil haqqını 7 min manat müəyyənləşdirmək Allahsızlıqdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00