Daha bir general ordu sıralarımızdan azad edildi

Müəllif Azad ƏliyevBaxılıb 314Kateqoriya

Azərbaycan Müdafiə Nazirliyində xidmət edən daha bir general Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Müdafiə nazirinin əmri ilə Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının sabiq rəisi, general-mayor Nəcəf Qəmbərov yaş həddi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunaraq ehtiyata göndərilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Xatırladaq ki, bu günlərdə müdafiə nazirin əmri ilə sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev daxil olmaqla, 7 general - Silahlı Qüvvələr Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirov, Müdafiə Nazirliyi Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev, Rabitə İdarəsinin rəisi, general-mayor Fazil Aşumov, Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi, general-mayor Piri İsrafilov, Nazirliyin Hərbi Təhsil və Təlim İdarəsində çalışan general-mayor Elman Qənbərov (keçmiş xüsusi idarə rəisi) və tibb xidməti general-mayoru Dağlar Abdullayevdir (Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin sabiq rəisi) Silahlı Qüvvələrdən ehtiyata göndəriliblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00