Rusiya ABŞ-yə dizel yanacağı tədarükü üçün danışıqlara başlayıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak "Vesti"yə müsahibəsində Rusiya şirkətlərinin dizel yanacağının dünya bazarlarına, o cümlədən ABŞ-yə ixracı üçün potensial alıcılarla danışıqlar apardığını bildirib.
Novakın sözlərinə görə, Rusiya hökuməti prezidentlər Vladimir Putin və Donald Tramp arasında əldə olunmuş razılaşmalara uyğun olaraq dizel yanacağının ixracına qoyulan qadağanı hissəvi ləğv edib. O xatırladıb ki, ABŞ tərəfi bundan əvvəl qüvvədə olan sanksiyaları altı ay müddətinə dondurub. Hazırda iki ölkənin Energetika nazirlikləri və şirkətləri arasında danışıqlar davam edir.

Əvvəllər ABŞ lideri də telefon danışığı zamanı dizel yanacağının tədarükü ilə bağlı razılıq əldə olunduğunu və ölkəsinin bu yanacağa ehtiyacı olduğunu bəyan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31