Çin Xarici İşlər Nazirliyi Tayvanın şərqindəki fəaliyyətləri qanuni adlandırıb-ÖZƏL

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, Çinin Tayvanın şərqindəki fəaliyyəti tamamilə qanunidir.
Olaylar.az xəbər verir ki, Mao Ninq brifinqdə vurğulayıb ki, "Çin tərəfinin müvafiq sulardakı fəaliyyəti tamamilə ÇXR-in suveren hüquqları və yurisdiksiyası çərçivəsində həyata keçirilir; onlar qanuni və legitimdir. Tayvan məsələsi ÇXR üçün xarici müdaxiləyə dözməyən daxili məsələdir."
Rəsmi nümayəndə ötən həftə Çinin Tayvanın şərq sahillərindəki fəaliyyətinin "son dərəcə qeyri-sabitləşdirici" olduğunu bildirən ABŞ Dövlət Departamentinin mövqeyini belə şərh edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31